Rusiya ordusu tükənir: Bir neçə istiqamətdə hücumlar dayandırıldı

Bu barədə Ukraynanın Prezident Adminstrasiyasından məlumat verilib. Açıqlamaya görə, əvvəllər Rusiya ordusu 6 istiqamətdə quru hücumları təşkil edirdi. İndi isə hücum istiqamətlərinin sayı 3-ə enib. Digər cəbhələrdə isə ruslar gözləmə mövqeyində dayanıb. Məlumata görə, rusların ehtiyatları tükəndiyi üçün hücumları dayandırıblar.

Qeyd edək ki, rusların Sumı, Çerniqov və Xarkov şəhərlərini ələ keçirmək cəhdləri nəticə verməyib.