Xəndam Əhmədovun XƏZAN ÇAĞI… – BAŞI DƏRDDƏDİR…

“Azərenerji”nin “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkə”sinin direktoru Xəndam Əhmədov övladlarına görə çıxılmaz vəziyyətə düşüb. Onun bir oğlu daxili işlər orqanlarından qovulub, digəri isə biznesdə külli miqdarda pul itirib.

Xalqxeber.az musavat.com-a istinadla xəbər verir ki, Xəndam Əhmədovun adının övladlarına görə mətbuatda adının tez-tez gündəmə gəlməsinə görə ciddi narazılıq yaranıb.

Əvvəlcə Xəndam Məmmədovun polis rəisi olan oğlundan çoxsaylı şikayətlər olub. Bu şikayətlərin nəticəsi olaraq Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru olan Aqşin Əhmədov vəzifədən qovulub.

Əldə etdiyimiz məlumata görə, Aqşin Əhmədov xidməti nöqsanlara görə yox, tüfeyli həyat tərzinə görə daxili işlər orqanlarından qovulub.

Bunun ardınca Xəndam Əhmədov digər oğluna görə gündəmə gəlibi. Məmurun ikinci oğlu İkram Əhmədov isə biznes sahəsində aldadılıb. Məmur atasının gəlirləri hesabına özünə biznes quran İkram Əhmədov polisə müraciət edərək aldadıldığını deyib. O bildirib ki, Tamerlan Əhmədov adlı şəxs onun 240 min manata yaxın pulunu ələ keçirib.

Bu məlumatlar yayıldıqdan sonra Xəndam Əhmədov ciddi şəkildə narahat olmağa başlayıb. Həm polisə şikayət edən oğluna narazılığını bildirib, həm də bu məlumatı mətbuata sızdıranlara əsəbləşib.

Digər bir məlumata görə isə Xəndam Əhmədovun adının bu cür neqativ hallara görə mətbuata çıxması onun rəhbərliyi tərəfindən də narazılıqla qarşılanıb.