Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub: Ondan artıq yaralı var – YENİLƏNİB + FOTO/VİDEO


Sumqayıtda qəzada yaralıların sayı artıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində ümumilikdə 16 nəfər yaralanıb. Yaralılardan 9 nəfəri xəstəxanaya yerləşdirilib, 7 nəfərinə ambulator xidmət göstərilərək evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti ağırdır.

Məlumata görə, “Hyundai” markalı mikroavtobus Xaçmaz rayonundan gəlirmiş.

20:04

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı mikroavtobus “Hyundai Santa Fe” minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Source link