mperiya iddiaları Rusiyanı və ümumilikdə dünyanı görün, nə günə qoyub. Ukrayna ilə müharibənin vaxtı uzandiqca, insan təlafatlarının sayı artdıqca Rusiyanın fəlakətli vəziyyəti daha da ağırlaşacaq. Ukrayna Rusiya müharibəsinin taleyinin həll olunduğunu demək hələlik tezdir. Lakin bu müharibədən sonra dünyanın siyasi və iqtisadi arxitekturası dəyişəcək. İqtisadi tənəzzülün, fantastik bahalaşmanın, böyük maliyyə itkilərinin baş verməsi gözləniləndir. Amma burada bir maraqlı tendensiya ortalığa çıxmaqdadır. Bu da ondan ibarətdir ki, artıq dünya imperiya iddialarına yox deyir!
Ukraynada dağıntıları, dinc insanların rus silahlıları tərəfində amansızlıqla qətlə yetirilməsi səhnələrini görən dünya ictimaiyyəti müharibə cinayətlərini törədənləri heç zaman bağışlamayacaq. Bu fəlakətlərdən sonra Moskvanın göz yaşlarına heç kim inanmayacaq
Bundan əlavə müstəqil dövlətlərə qarşı imperiya ideoloqlarının süni olaraq yaratdığı təhdid rıçaqları tədricən aradan qalxacaq. Həmçinin separatizmin keçmiş SSRİ məkanındakı müstəqil dövlərlər üçün çox ağır bəla olduğunu çoxları anlamaqdadır. Separatizmin kökününün kəsilməsi regionun sabitliyi üçün vacib faktotlardan biri olacaq. İmperiya iddialarından və separatizmdən əziyyət çəkən ölkələr baş vermiş Rusiya Ukrayna müharibəsindən ciddi nəticələr çıxarıb regionda sabitliyin möhkəmlənməsində vahid platformadan çıxış etməyə məhkumdurlar.
Müşahidələr göstərir ki, Rusiya Ukrayna müharibəsi uzun müddət çəkməyəcək. Postmüharibə dövründə isə qanlı qətllərdə rolu olan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılması şübhəsizdir.
Əkrəm Bəydəmirli