Gəncədə ikimərtəbəli evdə anidən yanğın başlayıb – FOTO

Gəncədə yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.

Sözügedən ünvanda ikimərtəbəli evin 2-ci mərtəbəsində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Source link