Bakı futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Rusiyanın “Spartak” və Almaniyanın “Leypsiq” klubları arasında keçiriləcək cavab oyunu üçün prioritet məkandır.
Bu barədə jurnalistlərə “qırmızı-ağların” mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov məlumat verib.
“Leypsiq”lə matçın keçirilməsi üçün prioritet variant Bakıdır”, – deyə Zelenov bildirib.
“Biz Avropa Futbol Assosiasiyaları İttifaqındakı həmkarlarımızla bu variant üzərində işləyirik. Konkret qərarı həftənin əvvəlinə gözləyirik”, – klub rəsmisi bəyan edib.
Mənbə: TASS