Samuxda yanğın zamanı xəsarət alan azyaşlı xəstəxanada dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, ağır yanıq xəsarətləri alan 2019-cu il təvəllüdlü Bakir Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) sözügedən yanğın hadisəsi barədə məlumat yayıb.
11:38
Samux rayonunda üçotaqlı evdə yanğın baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Seyidlər kəndində baş verib. İlkin məlumata görə, evin 60 kvadratmetri yanıb.
Baş verən hadisə zamanı 2019-cu il təvəllüdlü B.Məmmədov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və hüquq-mühafizə əməkdaşları ərazidədir.
İlhamə Əbülfət