Ucarda 65 yaşlı kişi intihar edib


Ucarda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, bu gün axşam saatlarında Ucarın Sadıq Qarayev küçəsində yaşayan, 1957-ci il təvəllüdlü Cəfər İsgəndər oğlu İsgəndərov yaşadığı evin həyətindəki artırmadan özünü asaraq intihar edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar Rayon Şöbəsinə təhvil verilib. İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Source link