Gəncədə baş verən qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb – FOTO


Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21011” markalı avtomobilin sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bulağa çırpılıb.

Qəza zamanı Anar şəxs hadisə yerində ölüb. Xəsarət alan 1991-ci il təvəllüdlü Natiq Cəfərov və 1997-ci il təvəllüdlü Hüseyn Sultanov xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Source link