İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.
Bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.
2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.
Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya – 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov – 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak – səslərin 1.74 faizini toplayıb.
Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.
Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq.