Özündən başqasına Rusiya ilə danışıqlar aparmağı qadağan etdi

 Ukrayna Prezidenti Volodimir Zelenski özündən başqa kiməsə Rusiya ilə danışıqlar aparmağı qadağan edib.

Bu barədə Zelenski özü məlumat verib.

“Mən Ukraynada hər hansı siyasi xadimə Rusiya tərəfi ilə danışıqlar aparmağı qadağan etmişəm. Mən Ukrayna prezidentiyəm. Mən istənilən danışıqların rəhbəriyəm. Bütün qalan şəxsə danışıqlar aparmağı qadağan etmişəm”, – deyə Zelenski bildirib.