Naxçıvan Muxtar Respublikası təbiətinin zənginliyi və mənzərəli dağları ilə seçilən unikal bir bölgədir. Böyük və kiçik zirvələri, rəngarəng geoloji qatları, həmçinin təbii sərt coğrafi relyefi ilə bu dağlar tarix boyu həm yerli sakinlər, həm də səyyahlar üçün cazibə məkanı olmuşdur.
Ulu öndər Heydər Əliyev deyirdi ki, Naxçıvanın dağlarında kişi yaraşığı, kişi əzəməti var.
Bu fotoreportajda gördüyünüz dağ mənzərəsi Naxçıvanın bənzərsiz geoloji quruluşunu əks etdirir. Dağların müxtəlif rəngli qatıları, min illərlə davam edən eroziyanın və təbiət qüvvələrinin əsərləridir. Qəhvəyi, boz və ağ çalarların harmoniyası günəş işığı ilə əks olunduqda insanın ruhunu oxşayan bir görüntü yaradır.
Sərin hava və dağlıq relyef bu ərazidə ekoturizm və yürüş üçün ideal şərait yaradır.
Təbii gözəllikləri özündə əks etdirən bu fotolar bölgənin ecazkar mənzərələrini sənədləşdirən kiçik bir hissədir.
Daha çox təbiət kəşfləri üçün Naxçıvanın dağlarını ziyarət edin və bu qədim torpağın möhtəşəmliyini öz gözlərinizlə görün!
Hazırladı: Ramin Heydərov
Naxçıvan Xəbərləri