““Bahar Enerji” Əməliyyat Şirkəti (prezidenti Con Harkins,benefisiar sahibi “gizli”) uzun illərdir ki, ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozur və cəzasız qalıb”. “Dia.az” xəbər verir ki, bu barədə xüsusi açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) səfri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Əmək Məcəlləsinin “Maddə 178. 1.” bəndinə istinadla “İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir…” qeydini vurğulayaraq aşağıdakıları bildirib:
“Bu gün yanvarın 25-dir. İşçi yazır ki, hələ də dekabr ayının əmək haqqını almamışıq.
İşçilər müxtəlif zamanlarda dəfələrlə Dövlət Əmək Müfəttişliyi Xidmətiə müraciət etsələr də qurum həmişəki kimi ölkəmin əmək qanunvericiliyini pozan işəgötürənin xətrinə dəymir.Niyə? Səbəbi özləri bilir. Xatırlatma;ARƏM maddə 15!
Qeyd: “Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ( 20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik)arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib…”
Dia.az