Hesablama Palatası Azәrbaycan Dövlәt Bәdәn Tәrbiyәsi vә İdman Akademiyası tərəfindən 2022-2023-cü illәrdә, elәcә dә 2024-cü ilin birinci rübündә dövlәt vәsaitinin vә digәr dövlәt әmlakının idarә olunmasının hüquqi aktların tәlәblәrinә uyğunluğunun qiymәtlәndirilmәsi məqsədilə audit aparıb.
Bu barədə Hesablama Palatası məlumat yayıb.
Auditin әhatә etdiyi tәdris illәrindә ştat cәdvәli üzrә kadrların sayı 122,5 vahid vә ya 21,9% artmış, artım inzibati heyәt üzrә tәmin olunmuş, Akademiya tәrәfindәn әmәyin ödәnilmәsinә 2022-2023-cü illәrdә vә 2024-cü ilin ilk rübündә müvafiq olaraq 9688,9 min manat, 11515,4 min manat vә 3313,5 min manat vәsait icra edilmişdir. Әmәyin ödәnilmәsi prosesindә bir sıra nöqsanlara yol verilmiş, nöqsanlar mükafatların vә mәzuniyyәt mәblәğlәrinin düzgün hesablanılmaması, elәcә dә, әmәk fәaliyyәti sona çatdırılmış әmәkdaşlara vәsaitin ödәnilmәsi ilә bağlı olunub. Qeyd edәk ki, bu nöqsanlar nәticәsindә artıq vә düzgün olmayaraq ödәnilmiş vәsaitin mәblәği әmәyin ödәnişi ilә bağlı xәrclәnmiş mәblәğin icra vәziyyәtinә әhәmiyyәtli tәsir göstәrmәyib.
Akademiya tәrәfindәn xәrclәr smetasının tәrtibi zamanı xarici ölkәlәrdәn dәvәt edilmiş әmәkdaşlara vәsaitin ödәnilmәsi düzgün olmayaraq “Xarici ezamiyyәtlәr” maddәsindә nәzәrdә tutulmaqla icra edilmiş, toplanmış audit sübutları ilә müәyyәn olunmuşdur ki, 2022-2023-cü illәrdә smetada “Xarici ezamiyyәtlәr” kimi tәsniflәşdirilmiş vәsaitin Akademiyanın xarici ölkәlәrә ezam olunmasına yönәldilmiş hissәsi tәxminәn 22,0%-23,0% tәşkil edib.
Ezamiyyәlәr üzrә xәrclәrin icrası prosesindә әksәr hallarda hesabatlar mühasibatlığa tәqdim olunmamış, normaların düzgün tәtbiq edilmәmәsi sәbәbindәn 1,6 min manat ezamiyyә haqqı artıq hesablanaraq ödәnilib.
Dövlәt sifarişi ilә tәhsilin maliyyәlәşdirilmәsini tәnzimlәyәn hüquqi aktların tәlәblәrinә әmәl olunmaması ayrılmış mәqsәdli vәsaitlәrin istifadә olunmayan hissәsinin geri qaytarılmaması ilә nәticәlәnib.