Emin Əmrullayevin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

 Elm və təhsil naziri Emin Əmrullayevin yanvarın 24-də Zərdab şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Vətəndaş qəbulu yanvarın 30-da keçiriləcək.

Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.



Mənbə