ARTİ və MÜTDA davamlı olimpiada, müsabiqə, yarış və s keçirir. Yəni layihə və müsabiqələrlə istedadlı şəxslərin aşkarlanması məqsədi daşıdıqlarını bildirir. Aşkarladıqdan sonra nə edirlər?
Təhsildə fərdi təhsil təhsilalma forması mövcuddur. Hansı olimpiada iştirakçısı fərdi təhsilə cəlb olunmuşdu? Hansı sənədləşmədə bu öz əksini tapmışdı? Təbii ki, heç biri. Fərdi təhsilə cəlb olunmuş biri niyə olimpiadada yer tutmayıb? Bu necə ola bilər? İstedadlıdır deyə maliyyə ayrılıb, vaxt ayrılıb. Amma istedadlı deyil imiş…
Ya da sonrasında niyə fərdi təhsilə cəlb olunmurlar? Madam ki, istedadları aşkarlandı, dövlət niyə fərdi təhsilə cəlb etmir bütün olimpiada qaliblərini?
Maliyyə ayırmalıdır, müəllim ayırmalıdır. Vaxtaşırı təkrar səviyyə müəyyənləşdirib lazım gəlsə başqa savadlı, daha savadlı müəllimə cəlb edilməlidir. Yeri gəlsə sinxron təhsil verməlidir. Biz bunların heç birini görmürük.
Ortada zorakılıq, məcburiyyət və yeyintidən başqa hələ heç nə yoxdur. Qazanan ARTİ, ETN, MÜTDA-dır. Bəs şagirdlər? Yalançı bir rəqabət yaradıblar. Direktorlar da təhsildən iyrənməyə başlayıb.
Uşağın səviyyəsi üçün Summativlər var. Neylək ölkə üzrə monitorinqlər var. Bəs bu qədər layihə, müsabiqə, olimpiada, yarışmalar niyə var???
Görürsüzünmü, bunlar sadəcə OYUNDUR. Soyğunçuluqdur. Müəllimi də, şagirdi də, valideyni də aldadan, sömürən bir sistemdir.
Tehsilmedia.az