HÖRMƏTLİ JURNALİSTLƏRİMİZİN, MEDİANIN DİQQƏTİNƏ…

“13 il əvvəl yazmışam bu statusu. Hələ də nə Nərimandan, nə də ailəsindən bir veriliş çəkildiyini görmədim. Çox təəssüf edirəm, çox…
Hüseynov Nəriman Vəli oğlu… 1975-ci il təvəllüd… 20 Yanvar şəhidi… Bir məktəbdə təhsil alırdıq. Bacısı Kəmalə mənim sinif yoldaşım, Nəriman isə bizdən bir sinif yuxarıda oxuyurdu. sakit təbiətli bir oğlan idi. onu daim qəmli, fikirli halda tənəffüslərdə koridorda pəncərədən baxan görərdim… Anası yataq xəstəsi idi. Evdə lap kiçik bacıları da vardı. Ailəni atası çox çətinliklə dolandırırdı. Amma hamımız bilirdik ki, Nəriman da atasına köməklik edir. Evin bircə oğlu kimi bu çətin yükü çiyinlərində daşıdığından uşaq ikən yaşlı görünürdü… daim gözləri kədərli olardı. bizim kimi qayğısısz deyildi…
O dəhşətli gecə.. Mənim 13 yaşım vardı. Nərimangil Salyan Kazarmasinın yanında, biz isə hərbi hospitalın yaxınlığında yaşayırdıq. Atışma sanki evimizin içində idi… 22 il ötüb o gündən.. amma mən hələ də o dəhşətli gecəni, açılmaq bilməyən səhəri xatırlayıram… 2 gün sonra eşitdik ki, Həriman da öz həyətlərinin yaxınlığında azğın əsgərlərin gülləsinə tuş gəlib.. Mən özüm uşaq ikən bu dərdi necə yaşadığımı xatırlayıram. günlərlə ağlayırdım “Nərimanın ailəsi necə olacaq, bacıları, atası, xəstə anası bu dərdə necə dözəcək” deyə…
Nəriman və onun kimi o gecə şəhid olanlar biz AZAD olaq deyə ŞƏHİD oldular. bu gün də Ramil kimi, Mübariz kimi, Fərid kimi oğullarımız canlarından keçməkdədirlər. Şəhidlər ölməyib, onların ruhları bizi mübarizəyə səsləyir!
Bağışlama qardaş… Bağışlama kiçik ürəyində ağır yük daşıyan Nəriman!! Bağışlama bizi!!! Hələ ki, sizin qanınızı yerdə qoymuşuq, hələ ki torpaqlarımızı AZAD etməmişik, bizi bağışlamayın ŞƏHİDLƏRİMİZ!!!!
İndi tökdüyüm bu göz yaşları sizin nakam həyatınızı geri qaytarmayacaq…. bilirəm….”