Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin parlamentlərinin səhiyyə komitələri bir araya gələcək.
Məqsəd qanunvericiliklə bağlı səhiyyə sahəsində təcrübə mübadiləsi və əlaqələrin daha da gücləndirilməsidir.
Türkiyə Böyük Millət Məclisidən (TBMM) verilən məlumata görə, toplantının bu il yanvarın 22-də baş tutacağı gözlənilir.
Toplantıda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimari Kipr parlamentlərinin səhiyyə komitələrinin nümayəndə heyətləri iştirak edəcək.