Cənubi Koreyanın impiçment edilmiş Prezidenti həbs müddətinin uzadılması ilə bağlı məhkəmə iclasında iştirak edib

Cənubi Koreyanın impiçment edilmiş sabiq Prezidenti Yoon Suk Yeon həbs müddətinin uzadılıb-uzadılmamasına qərar verəcək mühüm dinləmə üçün ilk dəfə məhkəməyə çıxıb.

Yoon Suk Yeon məhkəmədə 40 dəqiqə danışıb.

Məhkəmə Yoon Suk Yeonun azadlığa buraxılması və ya həbsinin daha 20 gün müddətinə uzadılması barədə qərar verməlidir.

Qeyd edilib ki, məhkəmənin Yeonun həbsinin davam etdirilməsinə razılıq verməsi prokurorlara üsyanla bağlı ittiham aktını rəsmiləşdirmək üçün vaxt verəcək, o, günahkar bilinərsə, ömürlük həbs oluna və ya edam oluna bilər.