“İrəli” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə ilin ilk “Solo gənclik” tədbiri Qara Qarayevin ev muzeyində keçirilmişdir. Proqram Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar-pianoçu, ifaçı Aydan Əliyevanın yaradıcılıqı ilə bağlı həyata keçirilmişdir. Tədbirdə Gənc bəstəkarın əsərləri səslənmiş, iştirak edənlərlə bəstəkar arasında maraqlı diskussiya, müzakirələr olmuşdur. Aydan Əliyeva Fortepiano üçün bəstələdiyi 2 prelud, Qarabağ Simfonik Poemasından – Şuşa Cıdır düzü səhəri pyesi (klavir) fortepianoda ifa edərək zalda əyləşənləri valeh etmişdir. Bundan başqa ənənəvi olaraq konsertin Qarayev muzeyində keçirilməsi ilə əlaqədar Aydan Əliyeva görkəmli bəstəkarın fortepiano üçün yazdığı 24 prelud dəftərindən ll preludunu ifa etmişdir. Eyni zamanda Aydan Əliyeva bəstələdiyi “Bir də o yağışdan yağmayacaq” (söz : Kəmalə Abıyeva), Küləklər (söz: Əli Qafarlı), Çağırdım (söz : Tural Məmmədov, Aydan Əliyeva) adlı mahnılarını fortepianoda ifa edərək, oxumuşdur. Tədbirdə Məşhur mahnıların söz müəllifi Kəmalə Abıyeva, Xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi, Musiqişünas Səadət Təhmirazqızı gənc bəstəkar haqqında fikirlər söyləmiş və yaradıcılıqını təqdir etmişlər.
Solo-gənclik tədbirində Aydan Əliyeva Ramiz Rövşənin “Dünya” şeirinə yazdığı eyni adlı mahnısını da xalq artisti Gülyaz Məmmədova ilə birlikdə ifa etmişdir.
Aydan Əliyevaya yaradıcılıqında uğurlar arzu edir, daha çox nailiyyətlər əldə etməsini arzu edirik!
Dünyaxeber.org