Xırdalan və Sumqayıt sakinlərinə metro müjdəsi

Tarix:

Dünən, 14:38

/ 78 dəfə oxundu.

 “Bakı Metropoliteni” QSC-nin tikilməsi planlaşdırılan yeni stansiyalarının 6-sı Bənövşəyi xətt, 4-ü Yaşıl xətt üzrə olacaq.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, artıq 6 stansiyanın yeri müəyyənləşdirilib.

“Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metronun mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır”, – deyə nazir müavini əlavə edib.



Mənbə