İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rəsilə Əliyeva bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

Rəsilə Arifqızı Əliyeva Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, onun adı MSK-nın saytında yerləşdirilən siyahıda yoxdur.

Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.

Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.



Mənbə