Azərbaycan XİN Çinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı Çinə başsağlığı verib.

Bu barədə qurumun “X” hesabında yazılıb.

“Çinin Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ bizi dərindən kədərləndirir. Dost Çinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların və bu fəlakətdən zərər çəkənlərin tezliklə sağalmasını arzu edirik”, – paylaşımda bildirilib.

MƏLUMAT YENİLƏNİR…