Sosial şəbəkələrdə “Zevs” ləqəbi ilə tanınan bloger Ruslan Quliyev barəsində “Operativ Media“nın redaksiyasına şikayət daxil olub.
Sayta müraciət edən şəxs bildirir ki, Zevs ləqəbli bloger müxtəlif sosial şəbəkələrdə insanlara yüksək məbləğdə pul qazanma vədləri verərək onları öz teleqram kanalına dəvət edir. Həmin teleqram kanalında isə 4 dəqiqəlik video yerləşdirilib. Videoda bildirilir ki, müxtəlif addımlar ataraq pul qazanmaq mümkündür.
Onun bu vədinə inanan çoxsaylı sosial şəbəkə izləyiciləri linkə daxil olub vəsait yatırırlar. Şikayətçi bildirir ki, buna inanıb böyük məbləğdə yatırımlar edənlərin pul vəsaitləri ələ keçirilir və geri qaytarılmır. Məsələnin ciddi olduğunu onun yerləşdirdiyi videoda yazılan rəylərdən də görmək mümkündür.
Qeyd edək ki, Ruslan Quliyevin (Zevs) qardaşı, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev ötən ilin sentyabr ayında DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə daxil olan çoxsaylı şikayətlər əsasında müəyyən edilərək saxlanılıb.