Rövşən Rzayev 44 min AZN-ə bir zal icarəyə götürüb tədbir keçirmək istəyir – 10 manatlıq qalib şirkətin sahibi görün kimdir

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tədbirin təşkili və keçirilməsi ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az-ın məlumatına görə, müsabiqənin qalibi “FACEMARK” MMC olub.

Tərəflər arasında 43.730,8 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Müsabiqəyə əsasən Komitəyə Zalın və foyenin icarə haqqı(1), Kofe breyk, Brandwall(1), qələm, qovluq və s alınmalıdır.

Bildirək ki, “Facemark” MMC-nin qanuni təmsilçisi Nigar Həsənova Rövşən Qızıdır, nizamnamə kapitalı 10 AZN-dir.

Xatırldaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.