Regionlarda gənclər üçün sosial sahibkarlıq mövzusunda təlimlər keçirilmişdirAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Gənc Sahibkarlar Klubu” İctimai Birliyi tərəfindən gənclərin iqtisadi sahədə maariflənməsi, bilik və bacarıqların artırılması məqsədilə “Region gəncləri arasında sosial sahibkarlıq fəaliyyətinin inkişafı” adlı layihə həyata keçirilmişdir. Bu haqda saytımıza GSK İctimai Birliyi İctimai əlaqələr və informasiya departamentindən məlumat verilib.

Biləsuvar, Cəlilabad və Salyan rayonunda hər birində 30 nəfər region gənci olmaqla sosial sahibkarlıq mövzusunda keçirilən maarifləndirici təlimlərdə bölgənin iqtisadi fəal gəncləri üçün geniş, zəngin məlumatlı bilgilər çatdırıldı, onların bu sahədə fəaliyyətə motivasiya edilməsi üçün konkret məsləhət və təşəbbüslər çatdırıldı. Sosial sahibkarlığın prinsipləri, ona başlamaq yolları və onun regionun sosial və digər problemlərinin həllində rolu təlim iştirakçılarının diqqətinə çatdırılmışdır.

Hər 3 rayonda keçirilən təlimlərin açılışında layihənin rəhbəri, GSK İctimai Birliyinin sədri Salman Umudov və layihənin təlimçi eksperti Asif Əsgərli çıxış edərək, bu əhəmiyyətli tədbirlərin regionlarda gənclərin sosial sahibkarlıq sahəsində potensialının yüksəldilməsi, bu işə stimullaşdırılmasına təkan verəcəyini qeyd etdilər. İştirakçılara ətraflı informasiyalarla yanaşı, ətraflı məlumatlar əks olunan kitabça da paylanmışdır.

Təlimlər region gənclərinin interaktiv müzakirəsi ilə keçmiş və onları bu istiqamətdə maraqlandıran suallar cavablandırılmışdır.