Boz dağın qoynunda bir dəniz vardı,Çinarlar sahildə qatar – qatardı.Səməd Vurğunun məhşur “Muğam” poemasından (1948-1949) 76il keçir. Boz dağın qoynunda, Kür çayının sahilində yerləşən, Nur şəhəri kimi tanınan, 76 yaşlı MİNGƏÇEVİR ŞƏHƏRİ.
Son rəsmi məlumatlara görə 01.01.2024-ci il tarixli göstəricinə əsasən nüfuzu:102900nəfərə yaxın, ərazisi: 130 km² olan Mingəçevir-Azərbaycanın dördüncü böyük sənaye mərkəzidir. Şəhəri yarıya bölən Kür çayı üzərində nəhəng Su Elektrik Stansiyası(SES) şəhərin möhtəşəmliyini daha da artırır. Elə bu səbəbdən Mingəçevir “işıqlar və ya nur şəhəri” adlandırılır.
Qeyd etmək istəyirəm ki, 21.11.2024cü il tarixində Mingəçevir nəşriyyatının eyni adlı “Mingəçevir “- içtimai-siyasi qəzetinin N11(669) nömrəli buraxılışı diqqətimi çəkdi. Nəşrdə
Dövlət arxivinin Mingəçevir filialında uzun müddət əməyi olmuş, filialın işçisi Səbirə xanım Abdullayevanın “Dövlət Arxivinin Mingəçevir Filialının Fəaliyyəti Sənədlərdə”- başlığı altında dərc olunmuş Mingəçevir şəhərinin tarixi(1948), qısa zamandakı nəailiyyətləri, inkişafına aid arqument və faktlar məharətlə qeydə alınmışdır. Zəngəzur Cəmiyyətləri Birliyinin Sədri, Tarix üzrə fəlsəfə doktoru, dəyərlimiz HACI NƏRİMANOĞLUNUN qeydlərindən: -Bu şəhərin işığından hər evə, hər kəsə pay düşür. Məğrur Bozdağın sinəsinə sığınan Mingəçevir gündən-günə gözəlləşir, simasını dəyişir, yaşıllığı, səliqə-sahmanı ilə göz oxşayır. Ona bu gözəlliyi, təravəti bəxş edən səmimi və mehriban insanları- MİNGƏÇEVİRLİLƏRDİR.
Təbii ki, bu gözəlliyi yaradanların biri də Mingəçevir şəhər arxivinin işçisi Səbirə xanım Abdullayevadır. Səmimiliyi, uzaqgörənliyi, Vətənpərvərliyi, əsasən də doğma şəhərinə olan məhəbbəti onun qeydlərində öz əksini tapır. Arxivə Dönmüş sənədlərin nəşri 76yaşlı Mingəçevir şəhərinin Ad günü ərəfəsinə təsadüf etdiyi üçün bu tərtibat – Səbirə xanımın “Mingəçevir sakinlərinə Ad Günü hədiyyəsidir”- deyə bilərik.
Baş redaktor Kamran Orucov başda olmaqla Vətənim http://xn--azerbaycandr-c5b.az/ informasiya agentliyinin kollektivi, bu ciddi və şərəfli missiyada başda Leyla xanım İbrahimova olmaqla arxiv kollektivinə bol uğurlar diləyirik.Yetmiş altı yaşın mübarək, nur şəhərimiz
MİNGƏÇEVİR !!!
Vətənim http://xn--azerbaycandr-c5b.az/ informasiya agentliyinin icraçı direktoru: Nailə Muradova.