Bu barədə diplomat “X” hesabında paylaşım edib.
“İraq Prezidenti tərəfindən vida görüşü üçün qəbul edilməkdən şərəf duyuram. Mövcud və daim inkişaf edən Azərbaycan-İraq münasibətləri ilə bağlı yenidən fikir mübadiləsi aparmaqdan məmnun oldum”, – səfir qeyd edib.
Xatırladaq ki, dekabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev İraqdakı səfir Nəsir Məmmədovun geri çağırılması ilə bağlı Sərəncam imzalayıb.