Alyaska sahilində güclü zəlzələ OLUB

Tarix:

Bu gün, 10:00

/ 49 dəfə oxundu.

 ABŞ-nin Alyaska ştatının sahilində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Qeyd olunub ki, yeraltı təkanların episentri Ankoric şəhərindən 627 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 9,2 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.



Mənbə