Beynəlxalq Qalereyada Yeni il bayramına həsr olunmuş sərgi təşkil olundu

Beynəlxalq Qalereyada Yeni il bayramına həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu
sərgi təşkil olundu. Sərgidə “Al MART” Studionun rəhbərləri Mariya Əliyeva, Almaz Məmmədzadə və “Şəhanə” Tədris Mərkəzinin rəhbəri Şəhanə Paşayeva tələbə kollektivi ilə birgə iştirak edirdilər. Sərgidə müxtəlif yaş qrupundan olan 50 rəssam iştirak edirdi. Əsərlər qış fəslinə və Yeni il bayramına həsr olunmuşdu.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları salamlayıb, yeni ildə yeni nailiyyətlər arzuladı.
Sərgidə fəxri qonaq olaraq ADPU-nun baş müəllimləri Leyli Səmədova, Fialeta Babayeva, Nuranə Mirsədizadə və media nümayəndələri iştirak edirdilər. Sonda sərgi iştirakçılarına Beynəlxalq Qalereya tərəfindən “Tonti” şokoladlarından ibarət hədiyyə paketi və sertifikat təqdim olunub xatirə fotoları çəkildi.

Müxbir: Aygün Oqtay
Fotoqraf :Camal