Əziz oxucular! Əsasən də bizi daim izləyən əziz laçınlılar! Laçın həmişə cəsur, mərd oğullar, Vətənə, elə-obaya sadiq insanların yurdu kimi tanınıb. 30 ildən sonra yağı düşmənin Vətənimizə xain niyyətli və saxtakar “rəhbərlərimiz” sayəsində işğal altında qalan QARABAĞIMIZ, eləcə də LAÇINIMIZ azad oldu. Bu elin insanları Qalib Ordumuza, Müzəffər Ali Baş Komandanımıza həmişə minnətdarlıq edir. Ancaq həmin illərdə qışın soyuğunda, yayın istisində Azərbaycanın hər yerində məcburi köçkünlərə, ev-eşiyindən didərgin düşmüş qaçqınlara qucaq açıldı. Bakı əhalisi evlərini belə Laçın camaatına təmənnasız yaşamağa verdi.
Laçınlılar ölkənin digər bölgələrindən olan sakinlərilə birgə Bakının müxtəlif ərazilərində, deyərdik ki, heç də yaxşı şəraiti olmayan yerlərdə özlərinə kiçik evlər tikib yaşamağa şərait qurdular. Bu, Ulu Öndərin və davamçısı Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə humanist dəstəyi, mərhəməti, yerli məmurlara tapşırığı sayəsində yarandı. Təəssüflə qeyd etmək lazımdır ki, 1-ci və 2-ci Qarabağ savaşında özlərini “niqodnu” eləyən mənsəbsizlər, dinsiz və imansızlar, dəlilik kağızı ilə “komissavat” olanlar, bu xəstəliklə məktəblərimizdə övladlarımıza dərs deyənlər indi cəmiyyətdə “qolçomaqlıqlarını” davam etdirir, əlaqədə olduqları məmurları rüşvətlə ələ alıb insanların mənəvi hisslərinə, min zəhmətlə ərsəyə gətirdiyi yaşayışına zərər vururlar. Belə insanlardan bəzilərinin adlarını sadalamaqla onları həm xalqa, həm də dövlətə tanıtdırmaq lazımdır. Yəqin hər kəs “Tütək səsi” filmini xatırlayır. Orada el ağsaqqalı kənd sovetinə dediyi sözlər bu gündə qüvvədədir: “İnsanların qəlbinə İblis yol tapıb”. Bu İblis indi də güləliyevlərin qəlbində özünə yol açıb. Min yolla Vətənə xidmətdən boyun qaçıran Rafael, Ülfət, Əliağa Nuriş oğulları Güləliyevlər Badamdar və Lökbatan qəsəbəsində yerləşən zibillikləri abadlaşdırıb özünə məskən salmış Laçın rayonu, Şeylan kənd sakinlərinin kabusuna çevriliblər. Sosial şəbəkələrdə yalan, saxta videolar paylaşaraq müvafiq qurumları həmin sakinlərin evlərinin sökülməsinə cəlb etməklə əsl iblis xislətlərinin göstərirlər. Əslində özlərini “cəfakeş, fədakar” kimi göstərməklə Səbail rayonu, Badamdar qəsəbəsində bir çox torpaq sahələrini qanunsuz zəbt edərək satmaqla məşğul olan Güləliyevlər öz cinayət əməllərini ört-basdır etməyə çalışırlar. Maraqlıdır, məmurlar bu hiyləgərlərin fətvasına uyub qışın oğlan çağında onlara aid olmayan ərazilərdə “təmizləmə” işləri aparır, ancaq Rafael Güləliyevin Badamdar qəsəbəsində 2006-cı ildə Bələdiyyə tərəfindən Zöhrə Sadiqiyə verilmiş 4 sot qanuni torpaq sahəsinin zəbt edilməsinə, şəhid atası Əliheydər Bayramovun evinin Güləliyevlər ailəsi tərəfindən sökülməsinə göz yumurlar. Zöhrə Sadiqi DİN-ə, Baş Prokurorluğa müraciət edərək bu ailənin qanunsuz əməllərinə son qoyulmasını tələb etsə də, Güləliyevlərin əldə etdikləri pul vəsaiti bəzi məmurları satın almağa yetir.
Bir məsələni də ictimaiyyətin nəzərinə çatdırmaq vacibdir. Laçın rayon Şeylanlı kənd sakini Güləliyev Əliağa Nuriş oğlu və qardaşı Güləliyev Ülfət Nuriş oğlu, Güləliyev Rafael Nuriş oğlu, eləcə də ataları Nuriş kişi də heç biri Vətənə xidmət əsas borcu olan hərbi xidməti etməmiş, “niqodnu” adı altında gizlənmişlər. Özü də 1-ci və 2-ci Qarabağ savaşı dövründə. Bu azmış kimi, Güləliyev Əliağa Nuriş oğlu müxtəlif vasitələrdən istifadə edərək ölkənin aparıcı siyasi partiyasını -YAP-ın Laçın rayon Şeylanlı kənd üzrə Yeni Azərbaycan partiyasının sədri vəzifəsini icra edir. Bu həmin siyasi partiyanın üzvlərinə, rəhbərlərinə təhqir deyilmi?! Həmçinin, Vətənə xidmətdən ağır xəstə kimi boyun qaçıranlar cəmiyyətin övladlarına təhsil müəssisələrində hansı əsasla təlim-tərbiyə, elm öyrədə bilər? Onlar cəmiyyətimizə, Vətənimizə sağlam nəslin yetişdirilməsində qanqala çevrilməzlərmi? Bəs Elm və Təhsil Nazirliyi, rayon təhsil sektoru, məktəb rəhbərliyi hara baxır? İlahi, bu ölkəyə nə qədər pis niyyətlə yanaşan “vətən övladları” var. Aman Hamısıah, Sən bu xalqı iblis xislətli insanlardan qoru!
Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Güləliyevlər ailəsinin qohumu onların sifarişi, öz çirkin niyyətlərinə nail olmaq üçün feysbuk sosial şəbəkədə, o cümlədən tik-tokda pis arvadlar kimi paylaşımlar edib özlərini “təəssübkeş” kimi göstərməyə çalışırlar. Əslində Badamdarın sürüşmə əraziləri tamamilə başqa istiqamətdədir, burada heç bir sürüşmə mövcud deyil və ərazi də Badamdara aid deyil. Ancaq nə olsun ki, həmin ərazilərin aşağı hissələrində çoxlu sayda torpaq sahələrini zəbt edərək satmağa çalışan Güləliyevlər istəklərinə nail olmadıqda başqalarına şər, böhtan atmağı davam edirlər. Maraqlı faktlardan biri də Rafael Güləliyevin iş adamı kimi daima Qarabağa səfər portalında qeydiyyatdan keçərək orada fəaliyyət göstərməsidir. Həmin vaxtlarda Rafael Güləliyev Laçın rayon Badamdar kənd ümumorta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyir. Yəqin Qarabağda olduğu vaxtlar dərslərini onlayn qaydada aparır və dövlət büdcəsindən külli əməkhaqqı almağa nail olur. Belə müəllimləri Elm və Təhsil Nazirliyi və hüquq-mühafizə orqanları “təltif” etməlidir ki! dim ki, yuxarıda qeyd etdiklərimin Güləliyev Rafael Badambar tam orta məktəbində müəllim işləyə- işləyə qeyri- qanuni olaraq iş yerində olmadan işğaldan azad edilmiş ərazilərdə mebel alveri edir. Əhsən dövlətin belə “qanunlarına”!
Bu gün Rafael və Ülfət Güləliyev qardaşlarının əsassız paylaşımları qarayaxma, şər, böhtandır, şəxsi düşmənçilik mahiyyəti daşıyır. Bu ailənin “igidlikləri” barədə növbəti yazılarımızda.
Bizi izləyin!