Məhərrəm Quliyev sevimli kadrını özünə müavin gətirir? -İDDİA

Goranboy rayonunun İcra Hakimiyyətində yeni təyinat gözlənilir.

Məlumata görə, uzun müddətdir ki, vakant olan başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat olacaq.
Bu barədə əldə etdiyimiz məlumatda vurğulanır.
Məlumata görə bu posta Yeni Azərbaycan Partiyasının Goranboy rayon Təşkilatının sədri Samir Qocayev təyin ediləcək.
Qeyd edək ki, İcra Hakimiyyətində uzun müddətdir bu vəzifə boşdur. Bu vəzifəyə zaman-zaman müxtəlif şəxslərin adı hallansa da, hələ ki, indiyədək bunun heç biri reallaşmayıb.
Samir Qocayevin Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə çox isti münasibətlərinin olduğu bildirilir. Samir Qocayevin karyera yüksəlişində əsas səbəb kimi Məhərrəm Quliyevlə olan dostluq münasibətləridir.
Xatırladaq ki, Samir Qocayev ötən ilin oktyabr ayında Yeni Azərbaycan Partiyasının Goranboy rayon Təşkilatının sədri vəzifəsinə təyin edilib. Təqdimatda rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak edib.(azfakt.com)