Şirvan şəhər İcra Hakimiyyəti cari ilin dekabr ayının 6-da “Şirvan şəhərində abadlıq işləri” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, satınalmanın məbləği 195.272 manat olub.
İcra Hakimiyyəti satınalmada “AS-TƏMİR TİKİNTİ” (VÖEN: 2100971171) Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.
“AS-TƏMİR TİKİNTİ” MMC 2017-ci ildə təsis edilib.
Şirkətin hüquqi ünvanı Şirvan şəhərindədir.
Şirkətin qanuni təmsilçisi Mustafayev Anar Ağasəf oğludur.
Şirvan şəhər İcra Hakimiyyəti keçirdiyi bu satınalmada qanun pozuntusuna yol verib.
Belə ki, İcra Hakimiyyətinin qalib etdiyi “AS-TƏMİR TİKİNTİ” MMC-nin hazırda dövlətə 351.252 manat vergi borcu var.
“Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
Xatırladaq ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur.
İ.Abbasov 2019-cu ildən bu vəzifədə çalışır.
Cahandar Laçınlı
Qlobal.az