Son üç gündə 4 min iranlı Suriyadan geri qayıdıb

Bəşər Əsəd hökumətinin süqutundan sonra son üç gündə 4 min İran vətəndaşı Suriyadan ölkəsinə qayıdıb.

Bu barədə hökumətin sözçüsü Fatimə Mohacerani bildirib.

“Bəşər Əsəd hökumətinin süqutundan sonra son üç gündə “Mahan” şirkətinin 10 reysi ilə 4 min İran vətəndaşı ölkəsinə qayıdıb”, – sözçü qeyd edib.