“180 manatımı halal etmirəm…” – GİLEY

“Şikayətim “Rizalli Official” satış səhifəsindəndir”. “DİA-AZ” xəbər verir ki, bunu Röya Mehdiyeva adlı sosial şəbəkə istifadəçisi yazıb.

Narazı vətəndaş daha sonra yazır: “2 həftə əvvəl özümə bot aldım. ilk dəfə yağışa düşən kimi ayağı su verdi. və 1 həftəsi idi. bildirdim, birinci dedilər dəyişirik, sonra rəhbərlik deyib ki, yox.
20-30 manatlıq ayaqqabı olsa, dərd yarı. guya məhsullarının arxasında dururlar deyə (müdirləri mənə belə deyirdi zəngdə və mağazada) buradan almışdım.
qeyd edim ki, bundan əvvəl də bir ayaqqabı aldım, havaya çıxan kimi dərisində şişkalar əmələ gəldi. apardım, dəyişdilər geyinmiş olsam da.
bəs mən yağışda geyinməsəm nə bilə bilərdim ki, ayaqqabı su verir?
gərək ki, müştəri məmnuniyyəti üstündə də işləyələr.
180 manatımı isə halal etmirəm. gedib təzə ayaqqabı almalıyam brak məhsullarını dəyişmirlər deyə.
anam həmişə ordan ayaqqabı alırdı, ta qurtardı. ətrafımdakılara da məlumat verəcəm bir ömür…”