Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makron və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.
Bu barədə Paşinyan sosial şəbəkə hesablarında paylaşım edib.
“Parisdə Notr-Dam kilsəsinin yenidən açılış mərasimi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla ünsiyyət qurmaq üçün yaxşı fürsət yaradıb”, – deyə Paşinyan yazıb.
Ermənistanın baş naziri milyarder İlon Maskla da bir araya gəlib.