Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırıb

 Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr İraqda səfirlik açmalıdır.

Bunu İraq Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Salehi Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

Onun sözlərinə görə, İraqın TDT-də müşahidəçi kimi iştirakı da vacibdir:

“Ortaq mirasımız olan Məhəmməd Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Biz Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT-nin digər üzv dövlətlərinə səslənirəm: siz də Azərbaycan kimi İraqda səfirlik açın”.