400 milyon manatlıq tenderləri 2 şirkət uddu – DETALLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı 3 tenderə yekun vurub.

FED.az xəbər verir ki, qurum tenderlərin qalibləri ilə toplamda 431 milyon manat dəyərində müqavilələr bağlayıb.

Belə ki, Şirvan suvarma kanalı yenidən qurulması işləri çərçivəsində Yuxarı Şirvan kanalının yenidən qurulması III mərhələ və I mərhələ tenderlərini “Nort Vest Konstrakşn” MMC udub. Qalib şirkət III mərhələ ilə bağlı tenderdən 247 milyon manat, I mərhələ ilə bağlı tenderdən isə 65 milyon manat qazanıb.

Qeyd edək ki, şirkət 30.05.2018-ci il tarixində yaradılıb. “Nort Vest Konstrakşn” MMC-nin qanuni təmsilçisi Elçin Bədəlov Tofiq oğludur

Şirvan suvarma kanalının yenidən qurulması işləri çərçivəsində Yuxarı Şirvan kanalının yenidən qurulması (IV mərhələ) tenderinin qalibi “Elit-S” MMC seçilib və tenderin dəyəri 119 milyon manatdır.

Qeyd edək ki, “Elit-S” MMC 09.06.2004-cü il tarixində yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elmidar Əliyev Eldar oğludur. Hüquqi ünvanı AZ1900, Füzuli rayonu, Aybasanlı Ə/V, ünvanında yerləşir.