İranda bitki yağı zavodunda baş verən yanğında beş nəfər ölüb

 İranın Xorasan Rezavi əyalətinin Nişapur şəhərində “Üç gül” (“Se Gol”) bitki yağı zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb, bir nəfər yaralnıb.

Bu barədə Nişapur şəhər Xəstəxanası Təcili yardım şöbəsinin müdiri Həmid Hüseyni bildirib.

O, yaralının xəstəxanaya yerləşdirildiyini, həmçinin yanğının söndürüldüyünü qeyd edib.