Hamısıahın Təkamül ağacı

Ç.Darvin “Növlərin mənşəyi” (1859) əsərində növlərin yaranmasında təkamülün rolunu göstərdi, lakin həyatın necə və nədən əmələ gəlməsini izah edə bilmədi. O, həyatın “isti gölməçədə” yaranması fikrini söylədi. Ç.Darvin yazırdı:
Bütün canlıların kimyəvi tərkibində, hüceyrə quruluşunda, böyümə və çoxalma qanunlarında çoxlu ortaq cəhətlər var. Ona görə də mən belə nəticəyə gəlirəm ki, yer üzündə yaşamış bütün varlıqlar Yaradan tərəfindən hansısa ilkin formadan törəmişdir”.
Həyatın necə yaranması hələ də sirr olaraq qalır. Bəsit quruluşa malik tək hüceyrəli varlıqla ən mürəkkəb kimyəvi qarışıq arasında böyük boşluq var. Birindən o birisinə keçidin necə baş verdiyi hələ də məlum deyil.
Ç. Darvindən sonra 1923-cü ildə A.Oparin ibtidai Yer şəraitində (çox güman ki, Arxey erasında) üzvi maddələrin ən sadə birləşmələrdən – ammonyak, metan və sudan yarandığını irəli sürdü. Alimin nəzərincə, bu cür çevrilmələr üçün tələb olunan enerji ya ultrabənövşəyi şüalanmadan, ya da tez-tez baş verən ildırımdan əldə edilə bilərdi. Ola bilsin ki, bu üzvi maddələr tədricən qədim okeanda toplanaraq həyatın başladığı “ilkin şorbanı” əmələ gətirib. Müasir elmdə A.Oparinin “ilkin şorba” nəzəriyyəsi köhnəlmiş hesab olunur. Sonralar ona rəqib nəzəriyyələr (“İlkin torpaq”, “ilkin mayonez”- “vulkanların palçıq qabları” və s.) ortaya çıxdı. Materialistlər inkar etsə də, burada mühüm element – Yaradanın iradəsidir. Ç.Darvin  həyatın əmələgəlməsinin arxasında Hamısıahın durduğuna inanırdı. Əbdül-Bəhanın yazılarında da Hamısıahın iradəsi olmadan həyatın yaranmasının mümkünsüzlüyü göstərilmişdir:
“Bütün bunlar Hamısıahın yaratmış olduğu xilqətdir, təsadüfi birləşmə deyil. Bu varlıqlar elementlərin birləşməsindən və kombinasiyasından əmələ gəlmişdir. Ancaq Hamısıah kombinasiya yaradır və hər tərkibdən bir varlıq meydana gəlmiş və mövcudat ortaya çıxmışdır”. 
Həyatın Hamısıahın iradəsi ilə necə, nədən və nə vaxt əmələ gəlməsi bizə məlum olmasa da onun təkamül yolu ilə inkişaf etməsinə dair palentoloji, embiroloji və məntiqi dəlillər kifayət qədərdir. Darvinizmə görə burada əsas hərəkətverici qüvvələr yaşamaq uğrunda mübarizə, irsi dəyişkənlik və təbii seçmədir. Ç.Darvin bu prosesin də Hamısılah tərəfindən hərəkətə gətirildiyinə inansa da, təkamülçülərin sonrakı nəsli bunu inkar etməyə başladılar. Əbdül-Bəha yazır:
Bütün varlıqların böyüməsi və inkişafı mərhələli şəkildə davam edir. Bu, ilahi qanun və təbii nizamdır. Toxum birdən ağaca, embrion bir anda insana çevrilmir. Bütün bunlar kamillik həddinə çatana qədər tədricən böyüyür və inkişaf edir. Hamısıahın qanunu birdir; varlığın təkamülü birdir; ilahi nizam birdir. Bütün böyük və kiçik varlıqlar bir qanuna və bir nizama tabedirlər”.
Daha sonra Əbdül-Bəha izah edir ki, bütün varlıqlar bir-biri ilə əlaqəli olduğuna və eyni Mənbədən qaynaqlandığı üçün bu qarşılıqlıq və əməkdaşılıq təkamülün əsas hərəkərverici qüvvəsidir. Bu isə təkamül prosesinə “materialist darvinizmdən” fərqli bir yanaşma idi. Təkamül bütün hallarda məqsədyönlü və mütərəqqidir. O yazır:
“Bütün varlıqlar bir-birinə bağlıdır və qarşılıqlı yardım və əlaqə onların formalaşması, inkişafı və böyüməsinin səbəbidir”. 
Bəs insan? O da Təkamül ağacının məhsuludurmu? Müqəddəs Yazılarda onun (Adəmin) gildən, Həvvanın Adəmin qabırğasından xəlq edilməsi haqqında məlumat var. Çox insanlar bunu bir İlahi həqiqət kimi qəbul edirlər. Amma elm bizə başqa həqiqətləri deyir. Təbiətdəki digər canlılar kimi insan növü (Homo Sapiens) də təkamülün yetirməsidir. Ç.Darvin, geniş yayılmış təsəvvürlərə baxmayaraq, insanın meymundan əmələ gəlməsini deməyib. Alimin nəzərincə, insan növünün və müasir primat növlərinin ümumi əcdadı olub. Amma, əslində insan növü milyon-milyon illər ərzində çox bəsit formadan inkişaf edərək mürəkkəbləşmiş və müasir insanın formasına düşmüşdür. İnsan embrionu ana bətnində, ilkin inkişaf mərhələlərində “balığa” və ya “sürünənə” oxşasa da, o, nə balıq, nə də sürünən deyil, insan olduğu kimi, insan növü də miyon-milyon illər ərzində inkişafının müxtəlif dövrlərində zahirən başqa canlılara bənzəsə də, Hamısıahın İradəsi ilə gizli potensiala malik xüsusi növ idi. Belə çıxır ki, darvinizm nəzəriyyəsindən fərqli olaraq, İnsan növü Təkamül ağacından ayrılmış bir budağın meyvəsi deyil, öz həyat yolu olan, düz xətt üzrə inkişaf etmiş xüsusi növ olmuşdur. Bu məsələyə açıqlıq gətirən Əbdül-Bəha yazır:
İnsan öz mənşəyinin başlanğıcında Yer bətnində, ana bətnindəki embrion kimi yavaş-yavaş böyümüş və inkişaf etmiş, bir formadan başqa formaya keçərək, indiki gözəlliyinə və kamilliyinə, indiki quruluşuna gəlib çatmışdır. İnsanın Yer üzündə mövcud olduğu ilkin vaxtlardan onun müasir vəziyyətinə, quruluşuna çatana qədər, şübhəsiz ki, uzun müddət lazım olmuşdur. Lakin öz mənşəyinin lap başlanğıcında da insan xüsusi növ olmuşdur. Əgər yox olmuş orqanların izlərinin insan bədənində hələ də mövcud olduğunu etiraf etsək belə, bu insan növünün dəyişkənliyini və bənzərsiz olmamasını sübut etmir, əksinə, yalnız insan orqanlarının, onun forma və xarici görünüşünün dəyişkənliyini və kamilləşməsini bildirir, o özü isə həmişə xüsusi növ, yəni heyvan deyil, insan olmuşdur”. 
İnsanın yaradılışı ilə bağlı dinlərin teoloji bazisində xüsusi yeri olan Adəm və Həvva hekayətinə Əbdül-Bəha aşağıdakı açıqlamanı vermişdir:
“Əgər biz bu hekayəni camaatın anladığı hərfi mənada qəbul etsək, onda bu son dərəcə qeyri-adi hekayədir. Ağıl onu nə anlaya, nə təsdiq edə, nə də təsəvvür edə bilər, çünki məsələnin belə qoyuluşu, bu cür təfərrüat, belə davranış və məzəmmət düşüncəli adama, xüsusilə də bu sonsuz Kainatı belə mükəmməl formada, belə ciddi nizamla və mükəmməlliklə yaradan Hamısıah-taalaya xas deyildir. Buna görə də qadağan olmuş ağacın meyvəsini yeyib Cənnətdən qovulan Adəm və Həvva haqqında hekayəni rəmzi mənada qəbul etmək lazımdır. İlahi sirləri özündə saxlayan bu hekayənin böyük mənası var və o, heyrətamiz şərhlərə malik ola bilər”.
Azər Cəfərov
Bəhai dini icmasının
ictimai Əlaqələr ofisinin koordinatoru
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru