Pezeşkian: İran Suriyanın suverenliyini və ərazi bütövlüyünü qorumağa sadiqdir

 İran Suriyanın suverenliyini və ərazi bütövlüyünü qorumağa sadiqdir.

Bunu İran Prezidenti Məsud Pezeşkian suriyalı həmkarı Bəşər Əsədlə telefon danışığı zamanı deyib.

O, İranın Suriyaya sarsılmaz dəstəyini vurğulayıb.

İran lideri söyləyib ki, ölkəsi böhranın həlli istiqamətində İrana kömək etməyə hazırdır.

O, həmçinin İranın Suriyadakı hadisələri fəal şəkildə izlədiyini diqqətə çatdırıb.

Suriya Prezidenti isə İranın davamlı dəstəyini yüksək qiymətləndirdiyini söyləyib.