KİV: Əsəd Türkiyə ilə təmaslar axtarmağa başlayıb

 Suriya prezidenti Bəşər Əsəd ölkədə baş verən son hadisələr fonunda Türkiyə ilə təmaslar axtarmağa başlayıb.

Bu barədə “Türkiye” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, Suriya lideri iki vasitəçilə Türkiyə hakimiyyətinə danışıqlar təklifi göndərib: “İndiyədək Əsəd Türkiyənin ona uzatdığı ələ cavab verməyib”, – məqalədə vurğulanıb.

“Syria TV” daha əvvəl məlumat verib ki, Əsəd Türkiyə hakimiyyəti ilə danışıqlar aparmaq üçün Antalyaya nümayəndə heyəti göndərməyi əmr edib. “Sözcü” qəzeti Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən bu məlumatı təkzib edib.