“Zurabişvili vəzifəsini tərk edəcək” – Kobaxidze

“Gürcüstanın Prezidenti Salome Zurabişvili mandatının bitməsindən sonra vəzifəsini tərk edəcək”.

Bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

O əlavə edib ki, Salome Zurabişvilinin səlahiyyətlərini təhvil verməkdən imtina etməsinə baxmayaraq, rezidensiyanı tərk etmək məcburiyyəti yaranacaq.

Kobaxidze vurğulayıb ki, Gürcüstanda təkrar parlament seçkiləri keçirilməyəcək.

Xatırladaq ki, Zurabişvili mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini açıqlayıb