Qızıl qaçaqmalçılığı ilə bağlı daha bir azərbaycanlı Türkiyədə saxlanıldı

Qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir.

O da qeyd olunub ki, araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.