Rusiya Prezidenti Vladimir Putin MDB məkanında sabitliyin pozulmasının yolverilməz olduğunu vurğulayıb.
Bu barədə dövlət başçısının MDB ölkələrinin kəşfiyyat xidmətlərinə müraciətində deyilir.
“Bu gün mürəkkəb geosiyasi şəraitdə sizin konstruktiv qarşılıqlı fəaliyyətiniz xüsusilə vacibdir. MDB-də və qonşu regionlarda sabitliyin pozulmasına yol vermək olmaz. Bunun üçün əvvəlki kimi kollektiv təhlükəsizliyə qarşı istənilən mənfi tendensiyalar və potensial təhdidlər aşkar edilməlidir”, – Prezident vurğulayıb.
V.Putin əlavə edib ki, onların inkişafı proqnozlaşdırılmalı, məlumat və təcrübə mübadiləsi aparılmalıdır.