Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib

 Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edilib.

Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Sərəncamla bu vəzifəyə Rusiya baş nazirinin müavini Vitali Savelyev təyin edilib.