Uşaqlarına həmin silahın şərəfinə ad qoyacaqlar

 Rusiyanın Naberejnıye Çelnı şəhərində çoxuşaqlı ailə 15-ci övladına federasiyanın yeni sınaqdan keçirdiyi “Oreşnik” raket sisteminin şərəfinə ad qoymağı planlaşdırır.

Bu haqda ailə başçısı Vladimir Suxov danışıb.

Ailə Oreshnitsa, Putnik, Putnitsa, Sputnik və Sputnitsa kimi ad variantlarını nəzərdən keçirir.

Məlumata görə, 2023-cü ilin noyabrında onların 14-cü övladı dünyaya gəlib. Ailə həmin qız uşağına qeyri-adi – Rusiya-Svyatosiya-Svyatorossiya adını verib. 

Qeyd edək ki, “Oreşnik” raket sisteminin mövcudluğu noyabrın 21-də Rusiya Prezidenti Vladimir Putinin müraciətindən məlum olub. Rəsmi açıqlamalara görə, bu, ən son yüksək dəqiqlikli orta mənzilli ballistik raketdir. Belə ki, o, 5,5 min km-ə qədər məsafədəki hədəfləri vura bilir.



Mənbə