COP29 məkanında daha bir aksiya keçirilib

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilən məkanda noyabrın 23-də daha bir etiraz aksiyası olub.

Aksiya iştirakçıları “İqlim maliyyəsi üçün ödə!”, “Ya ödə, ya sus!”, “Qlobal şimal, ödə!”, “Trilyonlarla ödə, milyardlarla yox!” kimi pankart açıb, şüarlar, bəyanatlar səsləndiriblər.

Qeyd edək ki, noyabrın 11-dən bəri COP29 məkanında hər gün müxtəlif mövzularda aksiyalar keçirilib. Etirazçıların fikirlərini sərbəst ifadə etmələri üçün COP29 məkanında bütün şərait yaradılıb.