Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib

Tarix:

Bu gün, 16:08

/ 0 dəfə oxundu.

 
Azərbaycan Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.

Bu barədə qurumun “X” hesabında yazılıb:

“Azərbaycanın Xocavənd rayonunun Qarakənd şəhərində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən vurulub”, – paylaşımda bildirilib.
 



Mənbə