Bu gün, 10:01
/ 46 dəfə oxundu.
10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən münaqişəsi zonasında bütün hərbi əməliyyatlar dayandırıldı və 10 noyabr 2020-ci il tarixindən Moskva vaxtı ilə 00:00-dan etibarən Azərbaycan və Ermənistan öz mövqelərində dayandılar. Bəyanatın şərtlərinə əsasən Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədə, Kəlbəcər rayonunu 25 noyabr 2020-ci ildə, Laçın rayonunu isə 1 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarıldı.
27 sentyabr 2020-ci ildə başlayan “Vətən Müharibəsi”ndə Azərbaycan Ordusu 44 gün ərzində düşmənə döyüş meydanında qalib gələrək, 30 ilə yaxın müddətdə işğal altında olan yaşayış məskənlərimizi bir birinin ardınca işğaldan azad etdi. 8 noyabr tarixində Azərbaycan ordusunun Qarabağın tacı olan Süsanı azad etməsi işğalçı Ermənistanı kapituliyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə döyüş meydanında məğlub olan ermənistan siyasət meydanındada Azərbaycan Dövlətinə məğlub olduğunu qəbul etdi.
İnzibati rayon kimi 1930-cu ildə yaradılan Ağdam rayonu qədim, füsünkar təbiəti olan Qarabağın mərkəzində yerləşir. Ağdam qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloqlar Ağdamda ərazisində yerləşən Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Bu qəhrəman şəhər Birinci Qarabağ Müharibəsində 6 mindən artıq şəhid verdi. 23 iyul 1993 – cu ildə ərazisinin 73 faizini itirən Ağdamın 128 min sakini məcburi köçkün həyatını yaşamağa məcbur oldu.
1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü il 29 iyul tarixində “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edən 853 saylı qətnaməni qəbul etdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. 44 günlük Vətən müharibəsində Müzəffər Ordusu torpaqlarımızı döyüş meydanında canından, qanından keçərək azad etdi.İşğaldan azad edilmiş ərazilərdə daşı daş ustundə qoymayan düşmən hətta mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ağdamı ziyarət edən xarici və yerli jurnalistlər onu Qafqazın Xirosiması adlandırıblar.
Artıq digər azad olunmuş rayonlarımız kimi Ağdamdada quruculuq və bərpa işlərinə başlanılıb. Tezliklə bütün azad olunmuş kənd və qəsəbələrimiz öz doğma sakinlərini qoynuna alacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz və xalqımız bir yumruq kimi birləşərək düşmənə öz yerini göstərdi və tarixi ədaləti bərpa etdi.
Könül Əfəndiyeva – YAP üzvü